Bernardo Silva mövsümün sonunda “Mançester Siti”dən ayrılmağı planlaşdırır.
"Football-plus.az" xəbər verir ki, tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, portuqaliyalı yarımmüdafiəçinin ayrılacağı barədə aşkar siqnallar yanvar ayından gəlir.
Son bir neçə ay ərzində Avropa, Səudiyyə Ərəbistanı və ABŞ klubları 31 yaşlı futbolçu ilə maraqlanıblar. Qərarın, demək olar ki, qəbul olunduğu bildirilir, amma rəsmən elan edilməyib. Silva mövsümün qalan hissəsinə tam diqqətini “Mançester Siti”də cəmləmək niyyətindədi.
Təcrübəli futbolçunun klubu ilə mövcud müqaviləsi iyunun 30-na qədər qüvvədədi. Silva MS-də 2017-ci ildən çıxış edir. O, ötən müddət ərzində bütün turnirlərdə iştirak etdiyi 449 oyunda 76 qol vurub.