EN

"Mənim gücüm olsaydı, eləsinin nəslini süpürərdim"

"Bu dəqiqə heç kimi günahlandırmağa haqqım yoxdur. Əgər kimisə günahlandırsam, gərək onu bu vəziyyətə gətirəni günahlandırım. Biz özümüz zəmanəni idarə edirik. Niyə incəsənətin bugünki vəziyyətindən narazı olmalıyam? Dramaturq yazmırsa, yoxdursa, götür klassikadan istifadə et. Aktyor seçilmirsə, əlifbadan başlayaq".

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı rejissor Nail Naiboğlunun yutub layihəsində deyib. Aktrisa sənət adamlarının həyatından, incəsənətdən danışıb:

"Aktyora dərs deyən müəllimlərdən başlayaq. Ona bu sənəti öyrədən, necə gözəl məbəd olduğunu deyir. Bu məbəddən girmək üçün hər şeyini qurban verməlidir. Sənətkarın pulu, gözəl şəraiti olmur. Sənətkarın 99,99 faiz mənzili olmur. Bunu bilə-bilə sənətə gedir. Niyə? 2 saat, 45 dəqiqəlik çıxışında arzularını oynayır, özünü kral hesab edir. Aktyora bunları başa sala-sala sənətə gətirmək lazımdır. O bilməlidir ki, qurban gedir. Əbəs yerə demirlər ki, incəsənət qurban tələb edir. İnsan hansısa səhvi ya qudurğanlıqdan, ya da ehtiyacdan edir".

Aktrisa qadın-kişi münasibətlərindən danışıb:

"Ərlə arvad ailədə öz arasında fərq qoymamalıdır. Qadın ərini kiçiltməməlidir. Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim. Həyat yoldaşı sənin "emblemin"dir. Başının tacı, kişindir. Elə ev yoxdur ki, ora hər şey əla düşüb. Sevgi bir müddət sonra hörmətə, öyrəşməyə çevrilir. İstər həyatda, istər həyat yoldaşının yanında pərdə götürməməlisən. Qadının üstündə nəzarət güclü olmalıdır. Heç kim inciməsin. Qadının üstündə zəhm olmalıdır. Yumruqdan yox. Bir dəfə kanal rəhbərinə zəng vurdum ki, eyibdir, nəvəm, gəlinim baxır. Qorxuram, bizə gələndə televizoru söndürürdüm. Cavab verdi ki, bilirsiz bu veriliş nə qədər qonorar gətirir".

Chosen
23
6
publika.az

7Sources