EN

Bu gündən balıq ovuna QADAĞAVİDEO

Aprelin 1-dən daxili su hövzələrində sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu qadağan edilir.

Xezerxeber.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin direktor müavini Elşən Məcidov bildirib ki, qadağanın məqsədi balıqların kürüləmə dövründə təbii ehtiyatların qorunmasıdır.

Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq məsuliyyət daşıyırlar. Dirketor müavini sənaye balıqçılığı ilə məşğul olan şəxsləri müəyyən edilmiş qaydalara ciddi riayət etməyə çağırıb.

Bildirilib ki, bu istiqamətdə mütəmadi reydlər keçirilir və qadağa sentyabrın 1-dək qüvvədə olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
54
1
xezerxeber.az

2Sources