EN

Real 18 yaşlı futbolçunu hədəf aldı

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Real" 18 yaşlı futbolçunu hədəf aldı

"Atalanta"nın gənc müdafiəçisi Onest Axanor karyerasını İspaniyada davam etdirə bilər.

QOL.az xəbər verir ki, "Sky Sports" nəşrinin məlumatına görə, İtaliyanın gənclərdən ibarət millisinin üzvü Madrid "Real"ının maraq dairəsinə düşüb. "Kral klubu"nun 18 yaşlı futbolçunun transferi ilə bağlı bu yay rəsmi təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, Onest Axanor 2025-ci ildə 17 milyon avro qarşılığında "Cenoa"dan "Atalanta"ya transfer olunub. Mərkəz müdafiəçisi olan, lakin müdafiənin solunda da oynaya bilən futbolçunun Berqamo təmsilçisi ilə müqaviləsi 2028-ci il iyununa qədər qüvvədədir. 

Xatırladaq ki, Axanor cari mövsümdə "Atalanta"nın heyətində bütün turnirlərdə çıxdığı 28 rəsmi matçda 1 qol ilə yadda qalıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
1
qol.az

2Sources