EN

10 a yaxın yaşayış məntəqəsini birləşdirən keçid qəzalı vəziyyətdə VİDEO

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Puta-Güzdək yolu üzərində yerləşən və bir neçə yaşayış məntəqəsini birləşdirən körpünün sütunları yararsız vəziyyətə düşüb, bəzi hissələri isə tamamilə parçalanaraq aşıb. Buna səbəb kimi son yağıntılardan sonra ətraf ərazilərdən, o cümlədən Şamaxı istiqamətindən gələn sel suları göstərilir.

Globalinfo.az xəbər verir ki, buna baxmayaraq, körpü üzərindən ağır tonnajlı yük maşınlarının hərəkəti davam edir.

Müşahidələr zamanı körpünün bir istiqamətinin çökdüyü də aydın görünür. Sürücülər bildiriblər ki, bu yol daha qısa olduğu üçün qəzalı körpüdən istifadə etməyə məcbur qalırlar.

Məlumata görə, əraziyə xüsusi texnika cəlb olunub, yolun kənarına torpaq və daş tökülərək alternativ keçid hazırlanır.

Daha ətraflı İTV-nin hazırladığı süjetdə:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
globalinfo.az

1Sources