"Ayntraxt"da yeni müqavilə qeydə alınıb.
Apasport.az xəbər verir ki, Bundesliqa təmsilçisi Mario Götzenin sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 33 yaşlı yarımmüdafiəçi 2028-ci ilin yayına qədər bu komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, "Ayntraxt" Mario Götzeni 2022-ci ilin yayında PSV-dən 3 milyon avroya transfer edib. Almaniya millisi ilə 2014-cü ildə dünya çempionu olmuş təcrübəli oyunçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol ötürməsi edib.
Mane yenidən Avropaya qayıdır
Pikfordun seriyası qırıldı
“Qalatasaray”ın futbolçusu “Anderlext”in hədəfində
Kukurelya La Liqa yolunda
Türkiyə DÇ-2026-da - 24 il sonra - YENİLƏNİB