EN

"Çelsi"dən antirekord

"Çelsi" klubu ötən mövsüm üçün rekord maliyyə zərəri açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, "The Independent"in məlumatına görə, London təmsilçisi vergilərdən əvvəl 262.4 milyon funt sterlinq zərərlə üzləşib. Bu isə Premyer Liqa tarixində ən pis göstəricidir. Beləliklə, klub "Mançester Siti"nin əvvəlki rekordunu geridə qoyub.

Məlumata görə, ötən mövsüm əldə olunan 128.4 milyon funt sterlinq mənfəət yalnız qadın komandasının daxili satışından qaynaqlanıb.

Qeyd edək ki, klub eyni zamanda 490.9 milyon funt sterlinq gəlir əldə edib və rəhbərlik maliyyə feyr-pley qaydalarına əməl olunduğunu açıqlayıb

Chosen
7
3
bakivaxti.az

4Sources