EN

Oxumaq bahalaşır: Təhsil haqqı ilə bağlı vəziyyət nə yerdədir?

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycanda ali təhsil müəssisələrində təhsil haqlarının artırılması planlaşdırılır və bu, həm tələbələrin, həm də universitetlərin diqqətini çəkir. Bu artım tələbələrin təhsil seçimlərinə birbaşa təsir edə bilər, xüsusilə orta və aşağı gəlirli ailələr üçün ali təhsilə əlçatanlıq çətinləşə bilər. Eyni zamanda, təhsil haqqının yüksəlməsi tələbələrin maliyyə planlamasını və kredit və ya təqaüd imkanlarını daha diqqətlə nəzərdən keçirməsini tələb edir.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, ali təhsil müəssisələrində təhsil haqlarının artırılması yalnız müəyyən şərtlər daxilində mümkün ola bilər. "Məsələn, kommunal xərclərin qiymətinin artması ali təhsil müəssisəsinin maliyyə vəziyyətinə təsir göstərir və bu halda müəyyən qədər artım etmək mümkündür. Eyni zamanda universitet infrastrukturu yaxşılaşdırılıb, tələbələr üçün yataqxana, laboratoriya və kitabxana şəraiti təkmilləşdirilibsə, təhsil haqlarında məqbul bir artım tətbiq oluna bilər. Əgər ali təhsil müəssisəsi kənardan müəllim-professor heyəti cəlb edib və tələbələrə daha keyfiyyətli təhsil təqdim edirsə, tədris proqramı müasir çağırışlara uyğunlaşdırılıbsa, bu hallarda da təhsil haqlarında müəyyən qədər artım mümkündür". Ekspert bildirib ki, əgər bu tədbirlər görülməyibsə və yalnız müəssisənin istəyi ilə təhsil haqqı artırılırsa, bu tələbələrin ali təhsilə əlçatanlığına mənfi təsir göstərə bilər. "Belə hallarda bəzi tələbələr qəbul olsalar belə, illik təhsil haqqını ödəyə bilmədikləri üçün təhsil almaqdan imtina edirlər. Buna görə də təhsil haqlarının artırılması qərarı verilərkən ailələrin maliyyə imkanları, gəlirləri və minimum əməkhaqqı nəzərə alınmalıdır. Son illər dövlət başçısının tapşırığı ilə dövlət sifarişli ixtisasların sayı artırılıb və hər il dövlət sifarişli yerlərin sayı genişlənir. Hazırda ali təhsil müəssisələrinə qəbul olan tələbələrin 50%-dən çoxu bakalavr pilləsində pulsuz təhsil almaq imkanına malikdir. Magistratura pilləsində isə qəbul olanların təxminən yarısı pulsuz təhsil əldə edir. Əgər dövlət tələbələr üçün belə imkan yaradırsa, ali təhsil müəssisələri də ödənişli əsaslarla oxuyan tələbələrin maliyyə səbəbindən təhsildən məhrum olmamasını nəzərə almalıdır. Bu, təhsilin əlçatanlığının qorunması üçün vacibdir".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
45
demokrat.az

1Sources