EN

Fransa Livana zirehli texnika verib

Fransa Livan silahlı qüvvələrinə 39 zirehli nəqliyyat vasitəsi verib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Qeyd edək ki, hər biri təxminən 10 hərbçini daşımaq qabiliyyətinə malik olan bu zirehli texnikalar Livan ordusunun riskli ərazilərdə keçirdiyi əməliyyatlar zamanı hərəkət qabiliyyətini və müdafiəsini gücləndirmək məqsədi daşıyır.

Bu yardım Fransanın Livan ordusuna dəstək çərçivəsində götürdüyü öhdəliklərin bir hissəsidir. Rəsmi Paris artıq bir neçə ildir ki, Beyrutla sıx hərbi əməkdaşlıq edir və bu, Livan silahlı qüvvələrinin əməliyyat imkanlarını gücləndirməyə yönəlib.

Chosen
11
5
ikisahil.az

10Sources