EN

“Zelenski qoşunların Donbasdan çıxarılmasına dair bu gün qərar verməlidir” Peskov

ain.az, 525.az portalına istinadən məlumat yayır.

“Prezident Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması ilə bağlı artıq "bu gün" qərar qəbul etməlidir, hansı ki, bu qərarı o, elə "dünən" verməli idi”.

525.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“İki aya gəldikdə, bu, iki ayın məsələsi deyil. Zelenski bu gün Ukrayna qoşunlarının Donbasdan çıxması və Donetsk Xalq Respublikasının inzibati sərhədlərindən kənara çıxması barədə qərar qəbul etməlidir. Bu, dəfələrlə deyilib. Zelenski dünən, müzakirə etdiyimiz kimi, məsuliyyəti öz üzərinə götürərək, bu çətin qərarı verməli idi”, - Peskov əlavə edib. 

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
9
525.az

10Sources