ain.az, Gununsesi portalına istinadən məlumat yayır.
“Qadınların gecə makiyajlı halda yatması dəri üçün ciddi problemlər yarada bilər”.
Gununsesi.info bildirir ki, bu fikirləri kosmetoloq Aygün Əliyeva deyib.
“Məhsullar dəridə qalıb məsamələri tıxayır və bu, iltihab və sızanaqlara səbəb ola bilər. Xüsusilə ağır və suya davamlı makiyaj məhsulları dərini daha çox yorar”,-deyə o əlavə edib.
O qeyd edib ki, gecə təmizlənməyən dəri elastikliyini itirə və erkən qocalma əlamətləri göstərə bilər.
“Makiyajı silmək üçün yumşaq təmizləyici və tonik istifadə etmək vacibdir. Hətta yüngül makiyajlı günlərdə belə dərini yaxşıca təmizləmək tövsiyə olunur. Gecə dərini nəmləndirici krem ilə qorumaq onun bərpasına kömək edir. Nəticədə, sağlam və təmiz dəri üçün gecə makiyajla yatmaqdan çəkinmək əsas şərtdir”.
Firuzə
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.