EN

Prezident İlham Əliyev və Paşinyanın səyləri ilə Azərbaycan-Ermənistan münasibətləri sabitləşib - Putin

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Paşinyanın səyləri sayəsində Ermənistanla Azərbaycan arasında münasibətləri sabitləşdirmək mümkün olub.

Day.Az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

O, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında ABŞ Prezidenti Donald Trampın fəal iştirakını xatırladıb.

Putin əlavə edib ki, Rusiya İrəvanın KTMT-yə qarşı şikayətlərindən xəbərdardır, lakin Ermənistanın Praqa sammitində Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasından sonra KTMT-nin prosesə müdaxilə edə bilmədiyi aydındır.

Chosen
6
2
day.az

8Sources