EN

ABŞ də Trampa və müharibəyə dəstək azalıb Sorğunun nəticələri

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

İrana qarşı müharibə uzandıqca, ABŞ əhalisinin Donald Tramp administrasiyasına münasibəti daha da pisləşir. Eləcə də müharibəni dəstəkləyənlərin sayı azalır.

“AzPolitika” xəbər verir ki, “Reuters” tərəfindən 26-28 mart tarixlərində ABŞ-də aparılan ictimai rəy sorğusunun nəticələri açıqlanıb. Məlum olub ki, amerikalıların üçdə ikisinin fikrincə, ABŞ Tramp tərəfindən müəyyən edilmiş məqsədlərə çatmasa belə, İrana qarşı müharibə tez başa çatdırılmalıdır. Sorğuya görə, respondentlərin 66%-i İranla müharibənin mümkün qədər tez bitməsini istəyir. Amerikalıların cəmi 27%-i hesab edir ki, ABŞ bu kampaniyanı son məqsədlərə çatana qədər davam etdirməlidir. Soruşulanların 6%-i cavab verməkdə çətinlik çəkib.

Sırf respublikaçı respondentlərin belə 40%-i müharibənin tezliklə bitməsinin tərəfdarıdır, 57%-i isə daha uzunmüddətli hərbi kampaniya ilə razıdır.

Respondentlərin yarıdan çoxu müharibənin əsasən onların şəxsi rifahı üçün mənfi nəticələrə səbəb olacağını gözləyir.

İrana qarşı müharibə lap əvvəldən də geniş ictimaiyyətin dəstəyini qazanmayıb. Hazırda isə amerikalıların yalnız 7%-i ABŞ-nin İranda potensial quru əməliyyatını dəstəkləyir.

Bundan əlavə, ABŞ Prezidenti Donald Trampın reytinqi mart ayının sonunda 36%-ə düşüb ki, bu da onun 2025-ci ilin yanvar ayında vəzifə başına gəlməsindən bəri ən aşağı səviyyədir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
45
azpolitika.info

1Sources