Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov aprelin 1-də Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.