EN

Nəqliyyat və sərnişin sığortasında yenilik -Ekspert DANIŞDI

Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Avtomobil nəqliyyatı haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanunvericilikdə edilən dəyişikliyi Redaktor.az-a şərh edən nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, əsas məqsədi sərnişin daşınmalarını daha təhlükəsiz və keyfiyyətli etməkdir:

"Digər məqsədlərdən biri odur ki, qəza baş verərsə, bu zaman xəasrət alan sərnişinlərə sığorta ödənilməsi təmin edilsin. Bunun üçün də daşıyıcı şirkətlər üzərinə bu tələblər qoyulur ki, mütləq sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri sığortalansın, həmçinin daşınan sərnişinlərin də sığortası həyata keçirilsin".

Aytəkin TOFİQQIZI

Chosen
28
4
redaktor.az

4Sources