EN

Səsini itirən azərbaycanlı müğənni görüntü yaydı VİDEO

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Dünyada məşhurluq qazanan azərbaycanlı ifaçı Jony (Cahid Hüseynli) səsinin batması haqqında yayılan xəbərlərə aydınlıq gətirib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, populyar sənətçi bu barədə özünün şəxsi “Instagram” səhifəsi üzərindən pərəstişkarlarına müraciət ünvanlayıb.

“Səsimdə yaranan problemlə əlaqədar yayılan xəbərlərdən təşvişə düşən sevənlərimə öncə diqqətlərinə görə minnətdarlığımı bildirir və onlardan narahat olmamalarını xahiş edirəm. Doğrudur, səsimlə əlaqədar bəzi çətinliklər meydana gəlib, ancaq hazırda həkimlərin tam nəzarəti altındayam.

Çox əfsus ki, aprel ayının 4-nə Daşkənd şəhərində planlaşdırılan konsertimizin tarixini dəyişmək məcburiyyətində qaldıq. Digər işlərimizin vaxtlarında isə heç bir fərqlilik yoxdur. Çıxışlarımızın yüksək keyfiyyətdə keçməsi və dinləyicilərimizin yaxşı əhvali-ruhiyyədə olması bizim üçün çox önəmlidir.

Elə buna görə də dəyişdirilmiş tarixdə baş tutacaq konsertimizə tam şəkildə hazır olmalıyıq. Təxirə salınan konsert aprelin 17-də keçiriləcək”, – deyə ifaçı bildirib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Oxu.Az (@oxuaz)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
globalinfo.az

1Sources