EN

Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında estetik əməliyyatların qiyməti özəl xəstəxanalardan fərqli olacaq

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 1 aprel, AZƏRTAC

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında həyata keçiriləcək estetik əməliyyatların qiyməti özəl klinikalardan fərqlənəcək.

Bunu AZƏRTAC-a açıqlamasında Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi Dilqəm Məmmədov deyib.

Onun sözlərinə görə, dövlət klinikasının təməl məqsədi xalqa xidmət etməkdir, yəni heç bir dövlət xəstəxanasının kommersiya məqsədi yoxdur: “Estetik əməliyyatlarda qiymət məsələsini dövlət tənzimləyəcək. Məlumdur ki, özəl klinikalarda estetik əməliyyatlar pasiyentin öz hesabına icra edilir. Ancaq dövlət xəstəxanasında qiymətlər fərqli olacaq. Həmçinin qeyd edim ki, məsələn, hər müraciət edən pasiyentin üzərində burun əməliyyatı icra edilmir. Əməliyyat üçün ilk növbədə, tibbi göstəriş olmalıdır. Məsələn, pasiyentdə nəfəs darlığı, sinus və burun cibləri problemi varsa, o zaman əməliyyatı həyata keçiririk. Həkim heyəti əməliyyatın lazım olub-olmamasına qərar verir”.

Baş həkim klinikada ilk dəfə həyata keçirilməsi planlaşdırılan əməliyyat barədə də məlumat verib. O bildirib ki, bu əməliyyatın qadın pasiyent üzərində aparılması nəzərdə tutulur: “Beyin şişi aşkarlanmış xəstəyə mikrotoxuma ilə toxuma transplantasiyası əməliyyatı icra ediləcək”.

Qeyd edək ki, bu gün Bakıda Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı olub.

Müxbir- Günel Türksoy

Fotoqraf- Azər İbrahimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
1
azertag.az

2Sources