ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Niderlandın "Stellantis" avtomobil konserni texniki nasazlıq səbəbindən Almaniyada təxminən 80 min avtomobili geri çağırıb.
Milli.Az xəbər verir ki, məlumata görə, problem qlobal miqyasda 700 minə yaxın avtomobili əhatə edə bilər. Geri çağırılan modellər arasında Peugeot, Citroen, DS Automobiles, Alfa Romeo, Jeep, Fiat və Opel markaları yer alır.
Mütəxəssislər bildirirlər ki, 2023-2026-cı il istehsalı olan bəzi avtomobillərdə yanacaq filtrinin borusu ilə starter-generator arasında məsafənin düzgün tənzimlənməməsi risk yaradır. Xüsusilə yüksək rütubət şəraitində bu nasazlıq qızmaya və mühərrik hissəsində yanğına səbəb ola bilər.
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.