EN

Qəsəbədə yol salınandan bəri işıq dirəkləri işləmir Kütləvi narazılıq var VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Qəbələ rayonu, Bum çayı üzərində salınmış körpü və qəsəbəyə gedən yolun işıqlandırılmaması ərazidə kütləvi narazılıq yaradıb.

Avtosfer.az-ın məlumatına görə, qəsəbə sakinlərindən biri gecə qaranlığında yolu lentə alaraq problemi ictimailəşdirib. Kadrlardan görünür ki, yolda işıq dirəkləri mövcud olsa da, heç biri işləmir. Nəticədə yol tam zülmətə bürünüb və bu, ilk növbədə sürücülər üçün təhlükə yaradır.

Sakinlərin sözlərinə görə, gecə saatlarında yol yalnız nəqliyyat vasitələrinin işıq cihazları ilə görünür. Əgər hansısa maşının işıq cihazlarında problem yaranarsa və ya sürücü işıqları yandırmadan hərəkət edərsə, vəziyyət daha da riskli olur. Sakinlər bildirirlər ki, körpü və yolun istifadəyə verilməsindən sonra işıqlandırma heç vaxt işlədilməyib.

Qeyd edək ki, sözügedən körpü və yol 4 il əvvəl inşa olunub.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
avtosfer.az

1Sources