EN

Zəhmət çəkib 50 min versinlər, müğənni də CANLI OXUSUN

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Tanınmış prodüser Asif Kərimov son açıqlamaları ilə diqqət çəkib.

Bakıvaxtı.az xəbər verir ki, o, müğənnilərin konsert və toy qiymətləri ilə bağlı maraqlı fikirlərini bölüşüb. Kərimov bildirib ki, səhnədə canlı ifa edən sənətçilər daha yüksək məbləğ almalıdır:

"Zəhmət çəkib 20 min yox, 50 min versinlər, müğənni də ansamblı ilə canlı oxusun. 10 il qabaq ev yiyələri səhv edə bilirdilər, indi bilirlər ki, kim fonoqram oxuyur və bilə-bilə məclislərinə dəvət edirlər. Öz yanımda fonoqram oxuyanları tənqid edən olub, sonra isə toyuna dəvət edib deyirlər ki, uşaqlar istəyir".

Prodüser əlavə edib ki, estrada müğənnilərinin canlı musiqi ilə çıxış etməsi üçün uyğun şərtlər yaradılmalıdır:

"Estrada müğənniləri var ki, toydakı musiqiçilərlə canlı ifa edə bilmirlər, ona görə də 50 min versinlər, ansamblı ilə gəlsin, musiqiçilər də qazansın. Türkiyədən və Rusiyadan gələn müğənnilərə 50-70 min verirlər".

Asif  Kərimovun bu açıqlamaları sosial mediada geniş müzakirələrə səbəb olub və sənətçilərin ödəniş siyasətinə dair yeni debatlara yol açıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
5
bakivaxti.az

6Sources