ain.az bildirir, Cebheinfo portalına istinadən.
ABŞ Prezidenti Donald Trampın ölkədə doğulan hər kəsə vətəndaşlıq verilməsini dayandırmaq üçün vəzifəyə gələn kimi imzaladığı fərmanın qüvvəyə minib-minməyəcəyi  bəlli olacaq.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Ali Məhkəməsi bu fərmanın konstitusiyaya uyğun olub-olmadığını müzakirə etməyə başlayır.
Xatırladaq ki, Tramp 20 yanvar 2025-ci ildə vəzifəsinin icrasına başlayan kimi, ABŞ torpaqlarında doğulan hər körpəyə birbaşa vətəndaşlıq verilməsi təcrübəsini imzaladığı fərmanla ləğv etmək istəmişdi. Fərmanda qeyd olunurdu ki, ABŞ-də qeyri-qanuni və ya müvəqqəti statusda olan valideynlərin uşaqları Amerika vətəndaşı ola bilməzlər.
Lakin Sietl ştatında bir hakim 23 yanvar 2025-ci ildə bu qərarın icrasını dayandırıb. Hakim Con Kuqenur "Bu qərar Konstitusiyaya aşkar şəkildə ziddir", - deyib. "Səmimi qəlblə deyə bilərəm ki, məhkəmə sistemindən tək bir şəxs belə "Bu qərar Konstitusiyaya uyğundur" deyə bilməz",-o vurğulayıb.
Bunun ardınca ABŞ Ali Məhkəməsi doğuşdan vətəndaşlıq hüququnu məhdudlaşdıran fərmanın konstitusiyaya uyğunluğunu nəzərdən keçirməyi qəbul edib. Bu gün başlayacaq məhkəmə prosesində məhkəmənin yayın əvvəlində qəti qərarını verəcəyi gözlənilir.
ABŞ torpaqlarında doğulan hər kəsə vətəndaşlıq verilməsi hüququnun təxminən 160 illik tarixi var. Doğuş yolu ilə vətəndaşlıq ABŞ Konstitusiyasına 1868-ci ildə edilən 14-cü düzəliş ilə əlavə edilmişdi.
O vaxtdan bəri ABŞ-də doğulan bütün şəxslər, valideynlərinin vətəndaşlığından asılı olmayaraq, avtomatik olaraq ABŞ vətəndaşı olurlar. Konstitusiyadakı 14-cü düzəlişin ilk cümləsində deyilir: "ABŞ-də doğulmuş və ya ABŞ vətəndaşlığına keçmiş və ABŞ yurisdiksiyasına tabe olan hər kəs ABŞ-nin və məskunlaşdığı ştatın vətəndaşıdır".
ABŞ-də immiqrasiya əleyhdarı olan qruplar bu imkanın qeyri-qanuni miqrasiyanı stimullaşdırdığını iddia edirlər. Onlar hamilə qadınların sırf körpələrini ABŞ torpaqlarında dünyaya gətirə bilmək üçün ölkəyə qanunsuz yollarla girdiyini müdafiə edirlər.
Nigar HacılıÂ
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.