EN

Nyu York meri İran müharibəsindən danışdı

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

"Bu, hər baxımdan qarşı çıxılmalı olan bir müharibədir. Təkcə üsul baxımından deyil, həm də mənəvi və siyasi cəhətdən yaşananlara etiraz edilməlidir".

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Nyu-York meri Zohran Mamdani, amerikalı siyasi şərhçi Brayan Taylerin aparıcısı olduğu “Kohenin” proqramında çıxışı zamanı deyib.

Hücumların maliyyələşdirilməsinə də diqqət çəkən Mamdani vurğulayıb ki, bu növ xərclər cəmiyyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün istifadə edilə biləcək resursları tükədir.

Qeyd edək ki, Mamdani fevralın 28-də etdiyi paylaşımda da ABŞ və İsrailin İrana təşkil etdiyi hücumları "qanunsuz" adlandırmış, ABŞ xalqının bu müharibəni istəmədiyini bildirmişdi.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
1
cebheinfo.az

2Sources