ain.az, Olay.az portalına istinadən məlumat verir.
Müğənni iradə İbrahimova İstanbulda klip çəkdirib.
OLAY yazır ki, sənətçi klipdən kadrları paylaşaraq həyat hekayəsini yazıb:
“İllər öncə iqbalım məni İstanbula gətirdi. Cəhdim, səbrim, sevgim isə bu şəhərdə kök salmağıma kömək oldu.Tanımadığım bir şəhər, yeni bir başlanğıc… Hər yeni başlanğıclar kimi öyrəşmək, yerini tapmaq vaxt aldı. İstanbul özünü mənə mənzərəsi, bənzərsiz ritmi, izdihamı, gözəlliyi, insanı içinə çəkən cazibəsi, çətin anlarımda məni təsəlli etməsi, daha çox xoşbəxt olacağıma vəd verməsi, bəzən təkliyimi ört-bastır etməsi ilə də çox sevdirdi. Mənə özümün ən yaxşı, gözəl tərəflərimi tapmaqda, özümü yenidən inşa etməkdə kömək oldu. Bu səbəblə də aramızda dərin bir yaxınlıq yarandı. Bəlkə də elə buna görə insan yalnız bir yere aid olmur. Ürəyinin bir hissəsi gəldiyi yerdə, bir hissəsi isə beləcə, dəyişdiyi, təhəvvül etdiyi yerdə yer tapır. Adətən mahnılar sevgiyə, sevgiliyə oxunur. Mən isə bu mahnını mənə bu duyğuları yaşadan bu şəhərə ithaf etmək istəyirəm. Elə bu səbəblə bu klipi o zamankı İradəni qucaqlayan və indiki halına çervrilməyinə şahidlik edən bu şəhərdə çəkmək istədik. Mahnını ən doğru burada ifadə edəcəyimi düşündüm”.
Qeyd edək ki, İradə illərdir Türkiyədə yaşayır, o, Ceyhun adlı türk vətəndaşı ilə ailəlidir və iki övladı var.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.