EN

Yağışa görə sığortalı əmlaklara dəyən ziyanın MƏBLƏĞİ açıqlandı

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

27-30 mart tarixlərində ölkə ərazisində qeydə alınan normadan artıq yağışlar Bakı da daxil olmaqla respublika ərazisində daşınar və daşınmaz əmlaklara ziyan vurub.Bizim.Media xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib ki, 1 aprel tarixinə olan hesablamalara görə, 27-30 mart 2026-cı il tarixlərdə baş vermiş sığorta hadisələri ilə bağlı 8 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 1649 sığortalı müraciəti daxil olub.

 

Bu müraciətlərin 1261-i icbari avtosığorta (Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası), 136-sı “Kasko” (“Avtonəqliyyat vasitələrinin sığortası”) sığorta növü, 190-ı “Daşınmaz əmlakın icbari sığortası” növü, 63-ü isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.

Daxil olmuş müraciətlər üzrə hadisələrin 77 %-i paytaxt Bakıda, 23 %-i isə respublikamızın digər bölgələrində (xüsusilə Şimal bölgəsində) qeydə alınıb.Məlumatlara görə, qiymətləndirilmiş 1421 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 2 milyon 472 min 480 manat həcmində müəyyənləşdirilib. Qalan 228 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Bundan əlavə, 15 zərərçəkənin sığortası olmadığı üçün onların müraciətləri təmin olunmayıb.

 

Qeyd edilib ki, hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyata keçirilməsi nəzərdə tutulur:

"Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 4 milyon manata yaxın olacağı ehtimal edilir". (Apa.az)Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
11
bizim.media

10Sources