Azərbaycan millisi FİFA reytinqində üç pillə irəliləyib.
Bu, Azərbaycan yığmasının "FİFA Series – 2026" beynəlxalq turnirində qalibi olduqdan sonra baş verib.
Ayxan Abbasovun baş məşqçisi olduğu yığma 1136.67 əmsalla 124-cü pilləyə yüksəlib.
Reytinqin ilk pilləsində1877.32 xalla Fransa yer alıb. İkinci pilləsi 1876.40 İspaniya, üçüncü yerdə isə 1874.81 Argentina qərarlaşıb.//Axar.az