EN

Bu şəxslər üçün sertifikasiya tarixi AÇIQLANDI

Təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin test imtahanı ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Naxçıvan MR Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Naxçıvanda 2026-cı ilin may ayında keçiriləcək təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin test imtahanı ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərildi.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin test imtahanı ilə bağlı əlavə məlumatlar Nazirliyin sosial şəbəkə hesablarında paylaşılacaq./AzEdu.az

Chosen
22
2
nocomment.az

3Sources