EN

Qalizin: Rusiya Tbilisi ilə münasibətləri bərpa etməyə hazırdır

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva Tbilisi ilə münasibətləri bərpa etməyə hazırdır, bir şərtlə ki, münasibətlərin normallaşdırılması istiqamətində bu səylərə qarşılıq versin.

Məlumatı “Kommersant” verib. 

Diplomat deyib: “Tbilisi münasibətlərimizin normallaşdırılması yolunda nə qədər irəli getməyə hazırıqsa, biz də bir qədər hazırıq”.

Qaluzinin sözlərinə görə, Rusiya mövcud siyasi çətinliklərə baxmayaraq, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əlaqələri inkişaf etdirməyi gözləyir. Diplomat qeyd edib ki, hazırda ölkələr arasında iqtisadi, nəqliyyat və turizm əlaqələri fəal şəkildə inkişaf edir.

2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdıqdan sonra Gürcüstan Moskva ilə diplomatik münasibətləri kəsib. Rusiya Xarici İşlər Nazirliyi müstəqilliyi tanımaq qərarını yenidən nəzərdən keçirmək niyyətində olmadığını bildirib.

P.ƏMİRCANOVXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
1
xalqqazeti.az

2Sources