EN

Rusiya və ABŞ kəşfiyyatının Yaxın Şərq ittifaqı: Əlaqə saxlayırıq

Rusiya Xarici Kəşfiyyat Xidməti Yaxın Şərqdəki böhranı həll etmək üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqə saxlayır.

Ölkə.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin  deyib.
Narışkin Yaxın Şərqdəki böhranı həll etmək üçün müxtəlif ölkələrlə danışıqlar apardıqlarını deyərək əlavə edib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqə saxlayırıq.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri həmçinin Ukraynanın təklif etdiyi "Pasxa atəşkəsi" nə münasibət bildirərək, Kiyevin etibarını itirdiyini və dünyanın Ukraynanı atəşkəs təkliflərinə əməl etməkdə aciz hesab etdiyini iddia edib. 

Narışkin deyib: "Zelenski rasional düşünməli və Rusiyanın ədalətli sülh təkliflərini qəbul etməlidir".

 Mürtəza

Chosen
40
3
olke.az

3Sources