İsrailin müxalifət lideri Yair Lapid İranın rəhbərlik etdiyi oxu 10 bəla ilə üzləşdirdiyinə dair Baş nazir Benyamin Netenyahunun açıqlamasını rədd edib.
“Cebheinfo.az”-ın məlumatına görə, Lapid Həmasın hələ də Qəzzaya hakim olduğunu, “Hizbullah”ın raket atəşlərinin davam etdiyini və İrana Xameneyinin rəhbərlik etdiyini qeyd edib.
Yair Lapid bildirib ki, Baş nazir Benyamin Netanyahu İrana qarşı müharibədə qələbə qazana bilmir və əksini deməsinə baxmayaraq, davamlı olaraq Yaxın Şərqdə hər hansı bir real dəyişiklik edə bilməyib.
Baş nazir videomüraciətində İsrailin İrana qarşı müharibədəki nailiyyətləri, eləcə də Pasxa bayramına istinad edən 10 bəla ilə öyünüb. O iddia edib ki, bu bəlalar İsrailin İslam Respublikasına və onun regional təmsilçilərinə tətbiq edilib.
“Netanyahu strateji bir qərara gələ bilmir”, - deyən Lapid İran və Livandakı müharibələri dəstəkləməyə davam etdiyini, eyni zamanda onun sadəcə olaraq, aciz olduğunu qəbul etməyin vaxtı çatdığını bəyan edib.
Netanyahu televiziya ilə çıxışında Yaxın Şərqi dəyişdirdiyini qeyd edib. Lakin Lapid əlavə edib ki, bu çıxışda bir söz çatışmır: “Siz Yaxın Şərqi demək olar ki, dəyişdirdiniz və sonda həmişə dəyişmədiyi ortaya çıxır”.