EN

Rusiya Azərbaycana təşəkkür etdi

Rusiya tərəfi İrana humanitar yardımın çatdırılmasına göstərilən dəstəyə görə Azərbaycan hakimiyyətinə minnətdardır.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

O xatırladıb ki, dərman vasitələrinin ikinci iri partiyasının təhvil verilməsi martın 27-də İran-Azərbaycan sərhədində yerləşən Astarada baş tutub.

"Astaraya dəmir yolu ilə 300 tondan çox dərman preparatı çatdırılıb. Elə həmin gün həmçinin Dağıstan Respublikasının topladığı təxminən 150 tona yaxın humanitar yardım yük maşınları karvanı ilə Astaraya gətirilib.

Göstərilən dəstəyə görə Azərbaycan hakimiyyətinə minnətdarıq", - deyə Zaxarova qeyd edib.

Xəbər yenilənəcək

Milli.Az

Chosen
35
8
milli.az

10Sources