EN

Zaxarova Yaponiyada yenilənən dərsliklərlə bağlı narazılığınıBİLDİRDİ

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yaponiyada yenilənən dərsliklərlə bağlı narazılığını bildirib.

Redaktor.az xəbər verir ki, bu haqda lenta.ru məlumat yayıb.

Onun sözlərinə görə, Yaponiyanın Təhsil Nazirliyi dərsliklərdə Kuril adaları ilə bağlı Rusiyaya qarşı ərazi iddialarını əks etdirib. Lakin İkinci Dünya Müharibəsi dövründə baş vermiş hadisələr və bu ərazilərin itirilməsinə səbəb olan amillər barədə məlumat verilməyib.

“Bu, öz gənc nəsillərinə qarşı hörmətsizlikdir. Kuril adaları üzərində suverenlik və yurisdiksiya İkinci Dünya Müharibəsinin nəticələri ilə müəyyən olunub və bu, müzakirə mövzusu deyil”, — deyə Zaxarova vurğulayıb.

O, həmçinin dərsliklərdə Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatların “irredentizm” kimi təqdim olunmasına da etiraz edib və qeyd edib ki, Qərb ölkələri uzun illər Minsk razılaşmalarını yerinə yetirməyib.

Bundan əlavə, Zaxarova dərsliklərdə Ukraynanın hərəkətləri ilə bağlı məlumatların yer almamasını da tənqid edib.

Aytəkin TOFİQQIZI

Chosen
23
1
redaktor.az

2Sources