EN

İran dini liderindən YENİ MESAJ

İran dini lideri Ayətullah Müctəba Hüseyni Xamenei yaydığı son mesajında İranın Lübnanda Hizbullahı dəstəkləməyə davam edəcəyini bildirib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Xamenei Livan Hizbullahının Baş katibi Şeyx Naim Kasımın göndərdiyi başsağlığı məktubuna cavab olaraq bir mesaj yayımlayıb.

Mesajında ABŞ və İsrailin İslam dünyasının ən əzəli düşmənləri olaraq xarakterizə edən Xamenei Kasıma ünvanladığı sözlərdə belə deyib:

"Livandakı bu mübarək müqavimətin ön sıralarında yer alaraq kritik və tarixi anda bu hərəkatı rəhbərlik edirsiniz. Müdrikliyiniz, zəkanız və cəsarətinizlə Siyonist düşmənin planlarını pozaraq onları tamamilə məğlub edəcəyinizə və sevimli Livan xalqına bir daha sülh dadını yaşada biləcəyinizə ümid edirəm".

İranın Hizbullahı dəstəkləməyə davam edəcəyini vurğulayan Xamenei "İranın şəhid liderin yolunu izləmək istiqamətindəki qətiyyətli siyasətinin Siyonist-Amerika düşməninə qarşı müqaviməti dəstəkləməyə əsaslandığını bir daha açıq şəkildə elan edirəm", - ifadələrinə yer verib.

Chosen
8
manset.az

1Sources