EN

Saxlanılan bələdiyyə sədri ilə bağlı YENİ FAKT üzə çıxdı – Özündən 17 yaş kiçik qadınla… – FOTO / VİDEO 

Türkiyədə Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Mustafa Bozbey haqqında aparılan istintaq çərçivəsində saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, Bursa Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində Bozbeylə yanaşı ailə üzvlərinin də saxlanıldığı bildirilib.

Məlumata görə, əməliyyat Bursa mərkəzli olmaqla 5 vilayətdə eyni vaxtda keçirilib və ümumilikdə onlarla şübhəli saxlanılıb. Saxlanılanlar arasında Mustafa Bozbeyin həyat yoldaşı Seden Bozbey, qızı Side Bozbey və bəzi qohumlarının da olduğu qeyd olunur.

İstintaq “cinayət törətmək məqsədilə təşkilat yaratmaq və idarə etmək”, “rüşvətxorluq”, “cinayət yolu ilə əldə edilən vəsaitlərin yuyulması” və “tikinti işləri görərkən ətraf mühitə ziyan vurmaq” maddələri üzrə aparılır. İddialara görə, bəzi tikinti layihələrində bina sıxlığı normativlərinin qanunsuz artırılması müqabilində rüşvət alındığı irəli sürülür.

Əməliyyat çərçivəsində şübhəlilərə məxsus onlarla yaşayış evi, şirkət və fond ünvanlarında axtarış aparılıb, sənədlər və digər sübutlar müsadirə edilib. Qaçdığı bildirilən bir neçə nəfərin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

İstintaqdan sonra Mustafa Bozbeyin şəxsi həyatı ilə bağlı bəzi məlumatlar da ictimaiyyətin diqqətinə çatdırılıb. Bildirilir ki, o, 2014-cü ildə ilk həyat yoldaşından boşandıqdan sonra bələdiyyədə çalışan və özündən 17 yaş kiçik olan Seden Baştimur ilə evlənib. Toydan sonra Seden Bozbey bələdiyyədəki vəzifəsindən ayrılıb və daha sonra sosial layihələr sahəsində fəaliyyət göstərib. Hazırda onun bir fonda rəhbərlik etdiyi bildirilir.

Faktla bağlı istintaq davam edir.

Sara
NOCOMMENT.az

Chosen
40
11
nocomment.az

10Sources