EN

Fransa Livan ordusuna 39 zirehli texnika verib

Yazını böyüt
Yazını kiçilt

Fransa Livan silahlı qüvvələrinə 39 zirehli nəqliyyat vasitəsi verib.

Hafta.az xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr üzrə nazirinin nümayəndəsi Alice Rufo Livana səfərinin yekununda məlumat verib. Səfərin Fransa Prezidenti Emmanuel Makronun tapşırığı ilə həyata keçirildiyi bildirilib.

Qeyd edək ki, hər biri təxminən 10 hərbçini daşımaq qabiliyyətinə malik olan bu zirehli texnikalar Livan ordusunun riskli ərazilərdə keçirdiyi əməliyyatlar zamanı hərəkət qabiliyyətini və müdafiəsini gücləndirmək məqsədi daşıyır.

Bu yardım Fransanın Livan ordusuna dəstək çərçivəsində götürdüyü öhdəliklərin bir hissəsidir. Rəsmi Paris artıq bir neçə ildir ki, Beyrutla sıx hərbi əməkdaşlıq edir və bu, Livan silahlı qüvvələrinin əməliyyat imkanlarını gücləndirməyə yönəlib.

Chosen
16
5
hafta.az

10Sources