EN

Cennaro Qattuzo İtaliya millisinə görə üzr istədi

İtaliya milli komandasının baş məşqçisi Cennaro Qattuzo yığmanın 2026-cı il dünya çempionatından kənarda qalması səbəbindən azarkeşlərdən üzr istəyib.
 
Moderator.az xəbər verir ki, baş məşqçi açıqlamasında bu nəticəyə münasibət bildirib.
 
"Futbolçular çəkdikləri əziyyətə görə bu gün buna layiq deyildilər. 10 nəfər qalmağımıza baxmayaraq, üç real qol şansımız oldu. Futbol budur. Oyunçularımla qürur duyuram. Onlar qoyduqları ürəklə məni təəccübləndirdilər. Amma təəssüf ki, biz növbəti dəfə dünya çempionatını qaçırmaqdan danışırıq. Belə bir zərbəyə tab gətirmək çətindir. Hər kəsdən üzr istəyirəm. Gələcəyim önəmli deyil. Bu gün fakt odur ki, dünya çempionatında deyilik", - deyə Qattuzo vurğulayıb.
 
Xatırladaq ki, həlledici qarşılaşmada italiyalılar mundiala vəsiqə verən A yolunun final pley-off oyununda Bosniya və Herseqovina yığmasına məğlub olublar. Gərgin keçən matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşsa da, penaltilər seriyasında rəqib komanda daha dəqiq olub (1:4).
 
Qeyd edək ki, İtaliya yığması sonuncu dəfə dünya çempionatının final mərhələsində 2014-cü ildə iştirak edib.
 
Chosen
20
1
moderator.az

2Sources