EN

Masallıda yanğın: baba və azyaşlı nəvəsi ölüb

Masallı rayonunda baş verən yanğında baba və azyaşlı nəvə həyatını itirib.

Azreform.info xəbər verir ki, hadisə rayonun Qızılağac kəndindəki fərdi yaşayış evində qeydə alınıb.

1967-ci il təvəllüdlü Camaləddin Həsnağa oğlu Abdullayev yanğın zamanı evdə olan 2024-cü il təvəllüdlü nəvəsi Məhərrəm Mehman oğlu Məmmədzadəni xilas etmək üçün yanan evə girməyə cəhd edib. Lakin qatı tüstüdən zəhərlənərək huşunu itirib. Nəticədə həm baba, həm də nəvə yanaraq ölüblər.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
34
50
azreform.info

10Sources