EN

Ağdərədə mina hadisəsi baş verib - xəsarət alan var

Ağdərə, 1 aprel, AZƏRTAC

Ağdərədə mina partlayışı baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Suqovuşan qəsəbəsi ərazisində qeydə alınıb. Nəticədə rayon sakini Məhərrəmov Mahir Abdulla oğlu xəsarət alıb.

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müxbir - Tahir Ağaməmmədov

Chosen
55
23
azertag.az

10Sources