EN

Peskov: Zelenski Donbasdan Ukrayna qoşunlarının çıxarılması barədə qərarı artıq bu gün qəbul etməlidir

Ukrayna Prezidenti Volodimir Zelenski artıq bu gün Ukrayna qoşunlarının Donbas ərazisindən çıxarılması barədə qərar qəbul etməlidir.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"İki aya gəlincə, burada söhbət iki aydan getmir. Zelenski artıq bu gün Ukrayna qoşunlarının Donbas ərazisini tərk etməsi və inzibati sərhədlərdən kənara çıxması barədə qərar qəbul etməlidir. Bu, dəfələrlə deyilib. Əslində, Zelenski bu qərarı dünən qəbul etməli idi", - o bildirib.

Peskov həmçinin qeyd edib ki, Rusiya tərəfinin qiymətləndirməsinə görə, Ukrayna Silahlı Qüvvələrinin Donbas ərazisindən çıxarılması qərarı münaqişənin aktiv fazasının dayandırılmasına kömək edə bilər.

Qeyd edək ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın iki ay ərzində Ukrayna qüvvələrinin Donbasdan çıxarılmasını tələb etdiyini bildirmişdi.

Chosen
18
12
far.az

10Sources