EN

52 il sonra gələn uğuru yağışın altında qaçaraq qeyd etdilər - VİDEO

Konqo Demokratik Respublikasının milli komandası 52 il sonra dünya çempionatında iştirak hüququ qazanıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, onlar ötən gün Yamayka üzərində qələbə qazanaraq DÇ-2026-ya vəsiqə əldə edib. 

Əsas hissəsi 0:0 başa çatan qarşılaşmada əlavə hissələr oynanılıb. 100-cü dəqiqədə Aksel Tuanzabe fərqlənərək Konqo Demokratik Respublikasını önə keçirib və matç bu hesabla başa çatıb. 

Onların 52 il sonra mundiala getməsini isə azarkeşləri çılğın şəkildə qeyd ediblər. Konqo Demokratik Respublikasında bayram ab-havası yaradılıb və insanlar qaçaraq küçələrə axışıb. 

"Cebheinfo.az"

Chosen
18
1
cebheinfo.az

2Sources