EN

Rauf Arifoğlu yayılan fotolarından danışdı - FOTO

"Cəbhəçi - Qumçu" ittifaqının xaricdə yaşayan ünsürləri, itləri saxta foto yayaraq, əməliyyat olunduğumu "xəbər" veriblər. Öz aralarında da çoxsaylı paylaşım edərək, bunu tirajlamaqdadırlar.

Ölkə.Az xəbər verir ki, bu sözləri "Yeni Müsavat" Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu sosial şəbəkə hesabında qeyd edib.

O, yayılan əməliyyat yotolarının 7 il əvvələ aid olduğunu söyləyib:

“Uzun müddət idi başları özlərinə qarışmışdı; görünür, yenidən ideoloji təxribatlara komanda verənlər var. Bu saxta foto və məlumata inanan, narahat olan, yazan dostlar, qohumlar tanışlar da var. 

Bildirirəm ki, heç bir əməliyyat keçirməmişəm, sağlamam, bu saxta və axmaq məlumatı yayan, onlara dəstək olan ünsürlər barədə də bütün platformalarda şikayət etmişəm”.  

Köhnə foto

Jurnalist ötən gün axşam saat 21 radələrində yürüş zamanı çəkdirdiyi fotonu da paylaşıb.

Billurə

Chosen
12
2
olke.az

7Sources