Bakı, 1 aprel, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası fasiləsiz fəaliyyət göstərəcək. Burada daimi olaraq 9 plastik cərrah çalışacaq. Ümumilikdə isə ştat cədvəlinə əsasən klinikanın 104 personalı olacaq
Bunu AZƏRTAC-ın sualına cavab olaraq Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi Dilqəm Məmmədov bildirib.
Baş həkim, eyni zamanda, klinikanın 42 çarpayı ehtiyatının olduğunu deyib. O vurğulayıb ki, onlardan 9-u reanimasiya şöbəsində yerləşir.
Qeyd edək ki, Azərbaycanda yaxın günlərdə Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası fəaliyyətə başlayacaq.
Müxbir - Günel Türksoy
Fotoqraf - Azər İbrahimov