EN

İranın ABŞ şirkətlərinə hücumu başladı - VURULUR

Yaxın Şərqdəki gərginlik rəqəmsal infrastruktura da təsir göstərib. İran raketləri Bəhreynin ən böyük telekommunikasiya şirkəti olan və Hamala bölgəsində yerləşən və “Amazon Web Services”-in ev sahibi olan “Batelco”-nun qərargahına zərbə endirib.  

“Cebheinfo.az” xəbər verir ki, hücumlar işdə fasilələrə səbəb olub. Bank və aviasiya sistemlərinə təsir göstərib və İranın ABŞ texnologiya nəhənglərini hədəf alacağını açıqlaması qlobal bulud infrastrukturuna olan riskləri yenidən ön plana çıxarıb.

Beləliklə, Yaxın Şərqdə artan ABŞ-İsrail-İran gərginliyi hərbi və enerji hədəflərindən kənara çıxaraq qlobal texnologiya infrastrukturuna da təsir edib.

Xatırladaq ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) əvvəllər “Google”, “Microsoft”, “Apple” və “Tesla” da daxil olmaqla, 18 ABŞ şirkətini hədəf alacağını açıqlamışdı. Bu açıqlamadan sonra İran raketlərinin Bəhreynin Hamala bölgəsindəki AWS-ə ev sahibliyi edən “Batelco” şirkətinin qərargahına zərbə endirdiyi bildirilib.

Hücumların “Batelco” şirkətinin məlumat infrastrukturunun yerləşdiyi ərazilərdə cəmləşdiyi və Bəhreynin AWS bölgəsindəki kəsintilərin əsas səbəbinin "intensiv dron fəaliyyəti" kimi izah edildiyi bildirildi. Əvvəlki hücumlarda məlumat mərkəzlərinin birbaşa və ya dolayı yolla zədələndiyi bildirilib.

Hücumlardan sonra bölgədə elektrik kəsintiləri olub, bəzi məlumat mərkəzlərində struktur ziyana uğradı və yanğınsöndürmə sistemləri işə salındıqca daşqınlar baş verib. Bu vəziyyət rəqəmsal xidmətlərin davamlılığına birbaşa təsir edib.

“Amazon” kəsintilərin bank əməliyyatları və aviaşirkət rezervasiya sistemləri də daxil olmaqla, bir çox vacib xidmətlərdə fasilələrə səbəb olduğunu açıqlayıb. Şirkət istifadəçiləri alternativ məlumat mərkəzlərinə yönləndirməli olub.

Ekspertlər vurğulayırlar ki, bu, qlobal olaraq bulud sistemlərindən asılılığın risklərini ortaya qoyur. Ekspertlər xüsusilə müəyyən bölgələrdə məlumat infrastrukturunun cəmləşməsinin müharibə və böhran vəziyyətlərində ciddi zəifliklər yaratdığını qeyd edirlər.

Xəzər

"Cebheinfo.az"

Chosen
50
1
cebheinfo.az

2Sources