EN

Kobra Muratın dillərə dastan EVİ: Hər yeri qızıl və gümüşdən... - VİDEO

Türkiyədə rəngarəng və dəbdəbəli həyatı ilə tanınan Kobra Murat yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sosial mediada tez-tez paylaşdığı görüntülərlə diqqət çəkən Kobra Murat bu dəfə dillərə dastan olan evi ilə müzakirə mövzusuna çevrilib. Onun yaşadığı məkanın dəbdəbəsi, qeyri-adi dekorasiyası və parlaq dizaynı izləyicilərin marağına səbəb olub.

Xüsusilə qızılı tonların üstünlük təşkil etdiyi interyer, bahalı aksessuarlar və diqqətçəkən detallar evin lüks həyat tərzini əks etdirir. Kobra Muratın fərqli zövqü sosial şəbəkələrdə geniş müzakirələr yaradıb.

Qeyd edək ki, o, yalnız evi ilə deyil, həm də parlaq geyimləri, çoxsaylı qızıl zinət əşyaları və ekstravaqant həyat tərzi ilə tez-tez viral olmağa davam edir.

Hüseyn
Milli.Az

Chosen
33
2
milli.az

10Sources