EN

Hacıqabul Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

Bakı. Trend:

Hacıqabul Sənaye Parkının yeni rezidenti tərəfindənzənginləşdirilmiş kvars qumunun və texniki tikinti qumununistehsalı layihəsi həyata keçiriləcək.

Trend bubarədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Belə ki, “AzerKvars” MMC-yə İqtisadiyyat Nazirliyinintabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəolan Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib.

İnvestisiya dəyəri 15 milyon manat olan layihə çərçivəsində inşaediləcək zavodda Hacıqabul rayonunda yerləşən Hacıvəlli yatağındanhasil olunan xammal əsasında zənginləşdirilmiş kvars qumunun vətexniki tikinti qumunun istehsalı planlaşdırılır. Layihəçərçivəsində 50 yeni iş yaradılması nəzərdə tutulur.

Hacıqabul Sənaye Parkında hazırda 14 sahibkarlıq subyektinərezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib.Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 66,8 milyonmanatdan çox investisiya yatırılıb, 570-ə yaxın daimi iş yeriyaradılıb.

Məqalədə:
Chosen
38
13
az.trend.az

10Sources