EN

43 plastik cərrahın fəaliyyəti dayandırıldı

Azərbaycanda aparılan yoxlamalar nəticəsində 43 plastik cərrahın fəaliyyəti dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki bu fikirləri bu gün Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində fəaliyyətə başlayan Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi Dilqəm Məmmədov jurnalistlərə açıqlamasında deyib.

D.Məmmədov bildirib ki, səhiyyə naziri Teymur Musayev tərəfindən yaradılmış xüsusi təftiş komissiyası özəl tibb müəssisələrində fəaliyyət göstərən mütəxəssislərlə bağlı araşdırmalar aparıb. Yoxlamalar zamanı müəyyən edilib ki, bəzi hallarda ixtisası uyğun olmayan şəxslər plastik cərrah kimi fəaliyyət göstərib.

“Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət klinikalarında yalnız ixtisaslı mütəxəssislər çalışır.

Bəzi özəl klinikalarda plastik cərrahi müdaxilələrdən sonra ağırlaşmalar da qeydə alınır. Bu səbəbdən tibbi xidmətlərin keyfiyyətinin artırılması, əməliyyatların protokollara uyğun aparılması və mümkün fəsadların qarşısının alınması məqsədilə əlavə tədbirlər görülür.

Son dövrlərdə pasiyentlər həkim seçimi və tibbi prosedurlar barədə daha çox araşdırma aparır ki, bu da ümumi səhiyyə xidmətlərinin səviyyəsinə müsbət təsir göstərir”.

Baş həkim vurğylayıb ki, bu sahədə aparılan islahatlar nəticəsində mövcud problemlər mərhələli şəkildə aradan qaldırılacaq.

Chosen
23
1
bakivaxti.az

2Sources