EN

Baş nazir qərar verdi: bu ölkədə hamı üçün bunker olacaq

Yaponiyada 2030-cu ilə qədər bütün əhali üçün sığınacaqlar tikiləcək.

KONKRET.az xəbər verir ki, bu barədə dövlət televiziyası “NHK” məlumat yayıb.

Bildirilib ki, Baş nazir Takaiçi Sanaenin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında yeni təcili sığınacaq siyasəti təsdiqlənib.

Buna əsasən, raket hücumları da daxil olmaqla, fövqəladə hallarda istifadə üçün ölkədə bütün əhalini əhatə edən müvəqqəti sığınacaqların 2030-cu ilə qədər təmin edilməsi qərara alınıb:

“Ölkədə qatar stansiyaları, zirzəmilər və avtomobil dayanacaqları fövqəladə hallar üçün özəl sektorla əlaqələndirilərək müvəqqəti sığınacaqlara çevriləcək”.

Yerli mətbuatın qeyri-rəsmi məlumatlarına görə, 2025-ci ilin aprel ayına qədər ölkə üzrə təxminən 61.000 müvəqqəti sığınacaq olacaq.

Chosen
8
1
konkret.az

2Sources