Vətəninfo.az xəbər verir ki, Argentina hökuməti SEPAH-ı rəsmi olaraq terror təşkilatı kimi tanıyıb.
Argentina rəsmilərinin açıqlamasına görə, bu qərar SEPAH-ın 1994-cü ildə Buenos-Ayresdə baş vermiş terror hücumunda ittiham olunan Livan Hizbullahına dəstək verməsi ilə bağlıdır.
Məlumata əsasən, yeni qərar SEPAH-a qarşı maliyyə sanksiyalarının tətbiqinə və korpusun fəaliyyətinə qarşı əlavə əməliyyat məhdudiyyətlərinin həyata keçirilməsinə imkan verəcək.
Argentina tərəfi bildirir ki, SEPAH-ın hazırkı baş komandanı Əhməd Vəhidi AMIA terror aktını planlaşdırmaqda və idarə etməkdə ittiham olunan şəxslər siyahısında yer alır. (Independent Persian)
Qeyd edək ki, sözügedən terror hücumu 1994-cü il iyulun 18-də Buenos-Ayresdə baş verib. Hədəf Argentina Yəhudi icmasına məxsus Asociacion Mutual Israelita Argentina (AMIA) mərkəzinin binası olub. Partlayış nəticəsində 85 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.