EN

Gərginlik pik həddə: BƏƏ İran vətəndaşları üçün qapıları bağladı

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) İran vətəndaşlarının ölkəyə girişini və tranzit keçidini qadağan etdiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, "Emirates"  aviaşirkətinin internet səhifəsində yer alan xəbərdarlıqda qeyd olunub ki, İran pasportu daşıyan sərnişinlərin Körfəz ölkəsinə daxil olmasına və ya ölkə üzərindən tranzit keçidinə icazə verilməyəcək.

Dərhal qüvvəyə minən qərarın etibarlı BƏƏ yaşayış vizasına sahib olanlar da daxil olmaqla, bütün İran vətəndaşlarını əhatə etdiyi, sözügedən şəxslərin Dubay Beynəlxalq Hava Limanına girişinə və buradan tranzit keçidlərinə icazə verilməyəcəyi qeyd edilib.

Bundan əlavə, qərara əsasən, hazırda BƏƏ-dən kənarda olan İran vətəndaşlarının da ölkəyə qayıtmasının qadağan edildiyi bildirilib. Sözügedən tətbiqin rəsmi qurumlar tərəfindən ediləcək məlumatlandırmalarda da yer alacağı ifadə edilib.

Digər tərəfdən, BƏƏ-nin rəsmi orqanları "Emirates" aviaşirkətinin iranlıların ölkəyə girişinə qadağa qoyulması ilə bağlı xəbərdarlığı barədə hələlik rəsmi açıqlama verməyib.

Chosen
8
2
cebheinfo.az

3Sources