EN

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun 12-ci Nəqliyyat Statistikası Görüşündə iştirak edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatınınmənzil-qərargahında keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (BNF)12-ci Nəqliyyat Statistikası Görüşündə təmsil olunub.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindənməlumat verilib.

Bildirilib ki, tədbirdə BNF-nin builki zirvə toplantısının“Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi” mövzusuna uyğun olaraqnəqliyyat sektorunda dayanıqlılığın gücləndirilməsi və gələcəyəyönələn siyasətlərin formalaşdırılmasında məlumat və statistikanınrolu müzakirə edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Əlişİsmayılov nəqliyyat siyasətində daha proaktiv və gələcəyə yönələnyanaşmaların əhəmiyyətini vurğulayıb. Texnologiyanın nəqliyyatsistemlərinin dayanıqlılığının artırılmasında vəqeyri-müəyyənliklərin idarə edilməsində əsas alət olduğu diqqətəçatdırılıb.

Görüşdə Bakı şəhərinin “Rəqəmsal əkiz”i layihəsi çərçivəsindəməlumatların toplanması və inteqrasiyası prosesi, istifadə olunantexnoloji həllər, eləcə də “rəqəmsal əkiz”in nəqliyyatplanlaşdırılması, optimallaşdırılması və infrastruktur qərarlarınınqəbulunda tətbiqi barədə məlumat verilib.

Həmçinin süni intellektin rəsmi statistikaya təsiri,sektorlararası məlumatların nəqliyyat siyasətinə inteqrasiyası,məlumatların toplanması və ölçülməsi üzrə innovativ yanaşmalarmüzakirə olunub.

Qeyd edilib ki, Azərbaycan bu görüşdə fəal iştirakı ilə BNF-yəsədrliyi çərçivəsində məlumat əsaslı, dayanıqlı və gələcəyə yönələnnəqliyyat sistemlərinin təşviqinə, beynəlxalq əməkdaşlığınmöhkəmləndirilməsinə töhfə verib.

Azərbaycan
Azərbaycan
Chosen
33
6
az.trend.az

8Sources