EN

ABŞ öz məqsədlərinə çatıb və İrana hücumlara tezliklə dayanacaq – TRAMP

İrana qarşı ABŞ-İsrail müharibəsi yaxın iki-üç həftə ərzində başa çata bilər. İran rəhbərliyi ilə razılaşma əldə edilməsə belə, hücumlar dayandırıla bilər.

Herbiand.az xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərə ABŞ Prezidenti Donald Tramp bildirib.

"Onların rejim dəyişikliyi var. Mənim niyyətim bu deyildi. Məqsədim onların nüvə silahı əldə etməsinin qarşısını almaq idi və bu məqsədə nail olunub. Biz işi bitiririk və düşünürəm ki, bu, bəlkə də iki həftə, bəlkə də bir neçə gün daha çox vaxt aparacaq. Amma biz onların sahib olduqları hər şeyi məhv etmək istəyirik".

ABŞ Prezidenti etiraf edib ki, razılaşma əldə olunarsa, müharibə daha tez başa çata bilər və o, İran hakimiyyətinin "çox istədiyini" deyib. Lakin Tramp qeyd edib ki, razılaşma əldə edilib-edilməməsi "son nəticədə əhəmiyyətsizdir".

Chosen
30
1
herbiand.az

2Sources